Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:44

Neft pullarının sürətlə xərclənməsi, prezidentdən gəncliyə «yaşıl işıq» və...


Azerbaijan -- press-review-06Jun2011
Azerbaijan -- press-review-06Jun2011
NEFT PULLARININ SÜRƏTLƏ XƏRCLƏNMƏSİ BÖYÜK TƏHLÜKƏLƏR YARADIR

«Azadlıq» qəzeti Azərbaycanın ildən-ilə artan büdcəsində investisiya xərclərinin əhəmiyyətli yer tutmasına diqqəti yönəldir. Qəzet iqtisadçı Məhəmməd Talıblıya istinadən yazır ki, bu xərclər əsasən Neft Fondundan daxil olan pullar hesabına həyata keçirilir. Eyni zamanda, Neft Fondu büdcədənkənar bəzi layihələri maliyyələşdirir:

«Beləliklə, son 5 ildə Neft Fondundan 25 milyard manatdan çox pul xərclənib. Baxmayaraq ki, bu qurumun əsasnaməsində ölkəyə daxil olan neft pullarının əhəmiyyətli hissəsinin gələcək nəsillər üçün saxlanılmalı olduğu göstərilir. Hətta neft satışından ölkəyə daxil olan vəsaitlərin 75 faizi xərclənsə də, 25 faizi mütləq saxlanılmalıdır».

25 milyard manatın böyük hissəsi tikinti layihələrinə xərclənib.

Məhəmməd Talıblı deyir ki, «ilkin dövrdə 25-30, 50 milyon manat qiymətləndirilən layihələr sonradan 500 milyon, hətta 1 milyard manata çatır. Bu da həmin layihələrdə korrupsiya hallarına yol verildiyini göstərir».

DÖVLƏT BAŞÇISI GƏNCLƏRİN SÜRƏTLƏ İRƏLİLƏMƏSİNƏ YAŞIL İŞIQ YANDIRIB

«Azərbaycan» qəzeti prezident İlham Əliyevin aprelin 21-də bir qrup gənci qəbul etməsini gəncliyin tərəqqisində dönüş yarada biləcək əlamətdar hadisə sayır.

Müəllif Zöhrab Paşayev yazır ki, «cənab İlham Əliyev bu görüşdə bir daha yeni keyfiyyətli praqmatik və islahatlara meylli lider olduğunu nümayiş etdirdi. Dövlət başçısı gənclərin mütərəqqi təkliflərini, ideyalarını dəstəkləyərək, gələcəkdə Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına daxil etmək əzmində olduğunu qətiyyətlə bildirdi... Bu növbəti tədbirdən daha çox intellektual beyinlərin ideya və təkliflərin müzakirəsinə qoşulduğu işçi forumu xatırladırdı. Hər birimiz Azərbaycan prezidenti İlham Əliyevin bütün çıxışlara necə dərindən və həssaslıqla yanaşmasının şahidi olduq. Bu, dövlət başçısının gəncliyə, onun intellektual təfəkkürünə və analitik düşüncə tərzinə verdiyi yüksək qiymət idi...».
XS
SM
MD
LG