Keçid linkləri

2026, 09 Sentyabr, çərşənbə, Bakı vaxtı 11:14

İsrail əsgərləri atəş açaraq Suriya tərəfdə 2 nəfəri öldürüb

İsrail ordusunun açdığı atəş nəticəsində Suriyada 2 nəfər ölüb, 5 nəfərsə yaralanıb.

Hadisə fələstinpərəst nümayişçilər Colan təpəliklərində sərhəddə yaxınlaşarkən baş verib.

Suriya televiziyasının məlumatına görə, yaralılardan 3-ü ağır vəziyyətdədir.

Nümayiş 1967-ci ildə 6 günlük müharibənin 44-cü ildönümünə görə keçirilirmiş.

İsrail həmin vaxt Suriyanın nəzarətində olan Colan təpələrini zəbt edib.
This item is part of
XS
SM
MD
LG