Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Pakistan terrorçu İlyas Kəşmirinin ölümünü təsdiqləyib


Pakistan hakimiyyəti əl Qaidənin yerli liderlərindən biri İlyas Kəşmirinin ölümünü təsdiqləyib.

O ABŞ-ın pilotsuz təyyarəsinin Cənubi Vəziristanda keçirdiyi əməliyyat zamanı ölüb.
Ümumilikdə isə əməliyyat zamanı 9 adam ölüb.

47 yaşlı İlyas Kəşmiri Pakistanda ən təhlükəli 5 yaraqlıdan biri sayılırdı.

Kəşmiri Hindistan, Pakistan və Əfqanıstanda törədilmiş bir sıra partlayışların təşkilində ittiham olunurdu.

Həmçinin Hindistan hesab edir ki, 2008-ci ildə Mumbayda 160 adamın ölümüylə nəticələnmiş hücumlarda onun da əli var.

2009-cu ilin sentyabrında onun ölüm xəbəri kəlsə də sonradan bu təsdiqlənmədi.
XS
SM
MD
LG