Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:39

Yəmən prezidenti Səudiyyə Ərəbistanındadır


Yəmən prezidenti Ali Abdullah Saleh müalicə üçün Səudiyyə Ərəbistanına gedib.

İyunun üçündə ölkə paytaxtı Sanaada prezidentin iqamətgahının atəşə tutulması nəticəsində Saleh və bir neçə dövlət məmuru xəsarət alıb.

Artıq xeyli vaxtdır ki, Yəməndə prezidentin istefası tələbilə kütləvi etirazlar keçirilir.

Son vaxtlar hökumət qoşunlarıyla yerli qəbilə liderinin silahlı birləşmələri arasında baş vermiş toqquşmalarda 100-dən çox adam ölüb.

Ölkənin bir sıra əyalətləri artıq hökumətin nəzarətindən çıxıb.

Analitiklər hesab edirlər ki, prezident Ali Abdullah Salehin ölkədən getməsi sabitliyin daha da pozulmasına səbəb ola bilər.

Ağ evin məlumatına görə ABŞ prezidenti Barack Obamanın terrorçuluqla mübarizə məsələləri üzrə köməkçisi şənbə günü Yəmənin vitse-prezidenti Abd-Rabbu Mansour
Hadiylə telefonla danışıb.

Amma danışıqların detalları barədə məlumat verilmir.
XS
SM
MD
LG