Keçid linkləri

2026, 11 Yanvar, bazar, Bakı vaxtı 21:54

Harakat-ul-Jihad-al-İslami qrupunun lideri öldürülüb


ABŞ-ın pilotsuz təyyarəsinin Pakistan ərazisini vurması nəticəsində yerli terrorçuların liderlərindən biri İlyas Kəşmiri ölüb.

Əməliyyat Cənubi Vəziristan əyalətində keçirilib.

Onun ölümünü Pakistanın xüsusi xidməti təsdiqləyib.

İlyas Kəşmiri əl Qaidə ilə əlbir olan Harakat-ul-Jihad-al-İslami qrupunun lideriydi.

O Hindistan, Pakistan və Əfqanıstanda törədilmiş bir sıra terror aktlarının təşkilatçısı sayılır.
XS
SM
MD
LG