Keçid linkləri

2017, 17 Noyabr, Cümə, Bakı vaxtı 23:32

Bakıda iki «polis» saxlanılıb


Hər iki şəxs ərazi üzrə 40-cı polis bölməsinə təhvil verilib
Bakıda özlərini polis əməkdaşı kimi təqdim edən iki şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin məlumatına əsasən, hadisə iyunun 3-ü saat 01:00 radələrində Avtovağzal ərazisində qeydə alınıb.

Gədəbəy və Tərtər rayon sakini olan iki nəfər özlərini polis əməkdaşı kimi təqdim ediblər. Onlar iki paytaxt sakinin avtomobilində axtarış apararkən Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki şəxs ərazi üzrə 40-cı polis bölməsinə təhvil verilib. Araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG