Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Əl Qaidə cihada çağırıb


Əl Qaidə tərəfdarlarını düşmən torpaqlarında cihada çağırıb.

Bu barədə ABŞ-ın SİTE monitorinq xidməti xəbər verir.

Oshama bin Ladenin ölümündən sonra çəkilmiş 100 dəqiqəlik videoyazıda danışanlar arasında uzun müddət əl Qaidədə ikinci adam hesab olunan Ayman əl Zəvahiri (Ayman al Zawahiri) ilə Amerikada doğulmuş Adam Qadan da ( Adam Gadahn) var.

Adam Qadan çıxışında Qərbdə yaşayan müsəlmanların xristian və sionistlərə qarşı cihad törətmək üçün ideal imkanları olduğunu deyir.

Videoyazını əl Qaidənin media bölməsi olan as Sahab təşkilatı yayıb.
XS
SM
MD
LG