Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 07:46

Nərmin Kamal AYO-nu tərk etdi


Gənc yazıçı Nərmin Kamal Azad Yazarlar Ocağından (AYO) çıxdığını bildirib.

Bu barədə Kulis.az-a açıqlama verən N.Kamal bildirib ki, AYO-nu müvəqqəti olaraq tərk edir: “Aqşinin AYO-da sədrlik müddəti sona çatdıqdan sonra mən yenə özümü AYO-çu adlandıracağam və AYO-da olacağam”.

N.Kamal AYO heç vaxt kitab müzakirəsi keçirmədiyi halda, yalnız Kamal Abdullanın kitabı üçün müzakirə keçirmək fikrinə düşülməsini də anlamayıb: “Mənim tanıdığım AYO tarana gedirdi. İndi isə AYO Kamal Abdulla ilə görüşə don geydirmək üçün "Kamal Abdulladan sonra Əkrəm Əylisli ilə də görüş olacaq" kimi manevrlər edən AYO-dur, yəni Aqşin Yenisey Ocağıdır. AYO-nun "prizemlenie"sinə dözümsüzlüyümü bildirirəm”

N.Kamal deyib ki, AYO-çu ola-ola bu görüş haqda yalnız saytlardan xəbər tutub: “Ya bunu sistemli, başqa kitablar üçün də təşkil etməlisən, ya da şəxsi münasibətlərinə görə, bir istisna edərkən içində mənim də adım olan AYO-nu kullanmamalısan, elə deyilmi? Kullanırsansa da, AYO-çulara öz qərarın haqqında bir email dəvəti atmalısan”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG