Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:55

Xalq artisti Xuraman Qasımova «Şərəf» ordeni ilə təltif edildi


«AzərTac»ın mayın 3-də yaydığı məlumata görə, prezident İlham Əliyevin imzaladığlı sərəncama əsasən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə xalq artisti Xuraman Əkrəm qızı Qasımova «Şərəf» ordeni ilə təltif edilib.

Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Xuraman Qasımova 1976 -cı ildən Azərbaycan Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərib.

Bu illər ərzində İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I-ci mükafat), vokalistlərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin (1977) və Mariya Kallas adına Beynəlxalq müsabiqəsinin (Afina, 1981; həmçinin «Qran pri» qızıl medalına layiq görülüb), eləcə də ifaçıların P.Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır. 1982 ildən Bakı Musiqi Akademiyasında dərs deyir, professordur (1994 ildən İstanbul Dövlət Universiteti konservatoriyasının profossorudur. Buundan əvvəl «Şöhrət» ordeni ilə təltif edilib.
XS
SM
MD
LG