Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

AzadlıqRadiosunun yeni prezidenti təyin edildi


Steven W. Korn
Steven W. Korn
CNN-in keçmiş sədr müavini və İcracı katibi olan Steven W. Korn Azadlıq və Azad Avropa Radioları Korporasiyasının (AzadliqRadiosunun) yeni prezidenti təyin edilib.

O deyib ki, bu radionun missiyasını dəstəkləmək imkanı əldə etdiyi üçün çox xoşbəxtdir.

Kornun sözlərinə görə, 60 illik tarixində bu radio azad medianın gücünə ən yaxşı nümunə olub və jurnalistlər dünyadakı ən gərgin mühitlərdən birində öz işlərini layiqincə görməyə davam edirlər.

Korn iyulun 11-dən vəzifəsinin icrasına başlayacaq.

Azadlıq və Azad Avropa Radioları Korporasiyasının əvvəlki prezidenti Jeffrey Gedmin bu ilin martında istefa vermişdi.

Steven W. Korn 1996-2000-ci illərdə CNN televiziyasının sədr müavini və icraçı katibi, Almaniya, İspaniyada xəbər telekanallarının rəhbəri olub.
XS
SM
MD
LG