Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Yəmən prezidenti yaralanıb, cangüdənləri öldürülüb


Yemen -- An anti-government protester carries a wounded colleague after clashes with police in the southern city of Taiz, 29May2011
Yemen -- An anti-government protester carries a wounded colleague after clashes with police in the southern city of Taiz, 29May2011
Yəmən prezidenti Ali Abdullah Saleh yaralanıb, 4 cangüdəni öldürülüb. Al Arabiyya telekanalına istinadən "Reuters" agentliyi xəbər verir ki, hadisəyə səbəb president iqamətgahına bir neçə mərmi düşməsi olub.

Hadisə nəticəsində parlamentin spikeri də ağır yaralanıb.

Yəmən paytaxtı Sanaa-da davam edən küçə döyüşləri zamanı Baş nazirin də yaralandığı bildirilir.

Bu günün əvvəlində Yəmən paytaxtı Sanaada hökumət qoşunları yenə etirazçılara atəş açıb. Azı 7 nəfər yaralanmışdı.

Buna baxmayaraq minlərlə adam daha öncə ödürülən 50 nəfərin dəfn mərasiminə qatılıb. İnsan haqları fəalları deyirlər ki, onlar prezident Ali Abdullah Saleh-in əsəgləriylə istefa tələb edənlər arasındakı dyüşlərdə son 2-3 gündə öldürülənlərdir.

Şəhərin başqa məhəllələrində isə prezidentə qarşı çıxan tayfalarla hökumət qüvvələri arasında keçə döyüşlər davam edir. Ölkənin cənubundakı Taiz şəhərində də cümə namazından sonra küçələrə çıxan etirazçılara qarşı atəş açılıb.

Yanvar ayında bu yana, 30 il ölkəyə rəhbərlik edən prezidentin istefası tələbiylə etirazlar başalanandan azı 350 etirazçı öldürülüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG