Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 03:55

Dövlət qulluqçularından şikayətlərin sayı artmaqdadır


Rəyi soruşulan vətəndaşların 30.5 faizi dövlət qulluqçularının davranış səviyyəsindən narazıdır. Respondentlərin yalnız 13.5 faizi məmurların hərəkətindən razı olduğunu bildirib.

Bunu iyunun 3-də Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) hüquq sektorunun müdiri Vüqar Əsgərov deyib.

O, şikayətlərin çoxalmasını vətəndaşların dövlət qulluqçularının etik davranış qaydaları barədə məlumatlılığının artması ilə əsaslandırıb. Vətəndaşların məlumatı artdıqca, DQMK-ya müraciətlər də artır.

Şikayətlər əsasən yerli icra orqanlarındandır.
XS
SM
MD
LG