Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Mladic ittihamlarla tanış olmaq üçün məhkəmədən vaxt istəyib


Keçmiş serb ordusunun komandanı Ratko Mladic bu gün Haaqada Beynəlxalq Məhkəmə qarşısına çıxarılıb. Bu günkü məhkəmə prosesində hakim Alphons Orie Mladici ittihamnamə ilə tanış edib. Mladic genosid, hərbi və insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham olunur.

Özü haqqında məhkəməyə Mladic bunu deyib: “Mən general Ratko Mladiçiəm”.

Mladic məhkəmədə bildirib ki, o ağır xəstədir, hələ ittiham aktını oxuya bilməyib. Buna görə də məhkəmədən vaxt istəyib.

Bu günkü məhkəmədə o ittihamlarla bağlı mövqeyini bildirməyib. Növbəti məhkəmə prosesi iyulun 4-ə təyin olunub.

Ratko Mladic 1992-95-ci illərdə Bosniya müharibəsi dövründə müsəlmanlara qarşı genosid, hərbi və insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham olunur. O, 16 il gizlənə bilib. Mayın 26-da Serbiyada həbs olunaraq Haaqaya gətirilib.
XS
SM
MD
LG