Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Oliqarxlar Batumidə, AXCP-nin Avropa Məhkəməsinə şikayəti və...


Batumi
Batumi
OLİQARXLAR GÜRCÜSTANIN KURORT BÖLGƏLƏRİNİ ALIR

«Yeni Müsavat» qəzeti yazır ki, Azərbaycan hakimiyyətinə mənsub şəxslər pullarının bir hissəsini xarici banklardan çıxardıb Türkiyə, Gürcüstanın kurort şəhərlərində daşınmaz əmlak alırlar.

«Son vaxtlar Azərbaycandan olan varlı müştərilər Gürcüstanın Qara dəniz sahillərində kütləvi şəkildə daşınmaz əmlak alır. Hazırda bu şəhərdə daşınmaz əmlaka, xüsusən də kommersiya əhəmiyyətli daşınmaz əmlaka misli görünməmiş tələbat var. «Batumi rieltor» agentliyinin rəhbəri David Tsurkava deyib ki, müştərilər daha çox Azərbaycandandır.

«Geo» daşınmaz əmlak agentliyi isə Azərbaycandan olan müştərilərin sifarişlərini yerinə yetirməkdə növbə yarandığını bildirir».

Ekspertlər bunu oliqarxların ərəb inqilablarından sonra qorxuya düşməsi ilə izah edirlər:

«Belə ki, Misir, Tunis, Suriya, Liviyadakı rejimlərin təmsilçilərinin Avropa və Amerika banklarında on milyardlarla dollarının dondurulması azərbaycanlı oliqarxları ehtiyat tədbirlərinə əl atmağa
«Neft daşları»
məcbur edib».

NEFT SAHƏSİ İLƏ MÜQAYİSƏDƏ QEYRİ-NEFT SEKTORU DAHA DİNAMİK İNKİŞAF EDİR

«Azərbaycan» qəzeti yazır ki, iqtisadi inkişafa görə Azərbaycan yenə nümunəvi dövlət kimi dəyərləndirilir:

«Dinamik inkişaf tempinə malik Azərbaycan iqtisadiyyatının əsas xarakterik xüsusiyyətlərindən biri onun çoxşaxəli xarakter daşımasıdır. Hazırda ölkəmizdə iqtisadiyyatın uğurlu diversifikasiyası həm yeni istehsal sahə və müəssisələrinin yaradılmasında, həm də iş yerlərinin açılmasında mühüm rol oynayan faktorlardan biridir...

Görülən tədbirlər son illərdə neft sahəsi ilə müqayisədə qeyri-neft sektorunun daha dinamik inkişaf tempini təmin edib və nisbəti əhəmiyyətli dərəcədə ikincinin lehinə dəyişib».

AXCP HÖKUMƏTİ AVROPA MƏHKƏMƏSİNƏ VERDİ

«Azadlıq» qəzeti son parlament seçkilərinin nəticələrindən artıq bu instansiyaya şikayət edildiyini bildirir:

7 noyabr seçkiləri
«AXCP sədri Əli Kərimli, partiyanın sədr müavini Gözəl Bayramlı və Ali Məclisin sədri Həsən Kərimovun 2010-cu ilin parlament seçkiləri ilə bağlı şikayətləri artıq Avropa Məhkəməsinə göndərilib».

Qəzet yazır ki, «hər üç şəxs bu seçkilərdə faktiki olaraq qalib gəliblər. Lakin hakimiyyət seçkilərin nəticələrini total şəkildə saxtalaşdıraraq onların səsini öz namizədlərinə yazıb».

Qəzet bildirir ki, «Əli Kərimli və Həsən Kərimov 2005-ci ilin parlament seçkilərində də qalib gəlmişdilər. Amma saxtakarlıq nəticəsində parlamentə düşə bilməmişdilər. Həmin seçkilərlə bağlı onların Avropa Məhkəməsinə göndərdikləri müraciətlə əlaqədar artıq kommunikasiya mərhələsi başa çatıb. Yaxın günlərdə müvafiq qərarın elan ediləcəyi gözlənilir».

«SİYASİ MƏHBUS» ADI ÇƏKMƏYİN ÖZÜ CİNAYƏTDİR

«Yeni Azərbaycan» qəzeti YAP icra katibinin müavini Siyavuş Novruzovun «Media Forum» saytına müsahibəsində söylədiyi fikirlərə yer ayırıb. S. Novruzov deyib ki, Azərbaycanda «siyasi məhbus» yoxdur, siyasi baxışlarına görə heç kim həbs olunmayıb:

«Hansı partiyanın üzvü olmasından asılı olmayaraq, bir qrup adam müxtəlif cinayətlərə görə həbs olunublar. «Siyasi məhbus» adı çəkməyin özü cinayətdir. Azərbaycan Avropa Şurasının üzvüdür, Avropa İnsan Hüquqları Məhkəməsi ilə mütəmadi əməkdaşlıq edir. Kimsə nədənsə narazıdırsa, ölkədə müxtəlif məhkəmə instansiyaları var, 3-4 instansiyada işlərə baxılır. Vətəndaşlar bundan sonra Avropa Məhkəməsinə müraciət edə bilərlər və edirlər də».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG