Keçid linkləri

2026, 16 İyun, çərşənbə axşamı, Bakı vaxtı 07:03

Azərbaycan Rusiyaya tərəvəz ixracını artıra bilər

Azərbaycan Rusiya kimi Avropadan meyvə-tərəvəz gətirilməsinə qadağa qoymaq fikrində deyil.

Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev məlumat verib.

O bildirib ki, ki, hazırda Azərbaycana Avropadan tərəvəz gətirilmir və Azərbaycan
Rusiyanın tətbiq etdiyi bu qadağadan yararlana bilər.

Sabir Vəliyevin sözlərinə görə, Rusiyanın daxili tələbatını ödəmək üçün Azərbaycandan bu ölkəyə meyvə-tərəvəzin ixracı 20-25% artırıla bilər.

Hər il Azərbaycandan Rusiyaya 200 mln. manatlıq tərəvəz ixrac edilir.
This item is part of
XS
SM
MD
LG