Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:37

İranda dəvənin qiyməti artdıqca, qanpulu da artır


İran yol nəqliyyat hadisələrinin ən çox baş verdiyi ölkələrdəndir
İran yol nəqliyyat hadisələrinin ən çox baş verdiyi ölkələrdəndir
İran yol nəqliyyat hadisələrinin ən çox baş verdiyi ölkələrdəndir.

Bu ölkədə yol qəzaları nəticəsində həlak olanların sayı adamı dəhşətə gətirir - ildə 25 min nəfər.

İranın Ədliyyə Nazirliyinin yeni qərarına əsasən, yol qəzalarında ölənin ailəsinə ödənilən qanpulu və ya təzminat iki dəfə artırılaraq 900 milyon riala (85 374 ABŞ dolları) qaldırılıb.

Artımın səbəbi isə İran əyalətlərində dəvənin qiymətinin qalxmasıdır.

Şəriətin İran təfsirinə görə, yol qəzalarında ölən adama ödənilən təzminat ya 100 dəvəyə, ya 1000 qoyuna, ya da 200 inəyə bərabər olmalıdır.

Məhkəmə rəsmiləri deyirlər ki, təzminatı ölçməyin ən yaxşı yolu dəvənin qiyməti ilə hesablamaqdır.

Məhkəmə sözçüsü Qolam-Hüseyn Mohseni-Ejeyi (Gholam-Hossein Mohseni-Ejaei) deyib ki, son bir neçə ildə dəvənin qiyməti yalnız bir dəfə hesablanıb:

«Təzminat pulu hər il inflyasiyaya uyğun olaraq qaldırılıb».

Lakin bu YENİ HESABLAMA İRANIN SIĞORTA ŞİRKƏTLƏRİNİN ÜRƏYİNCƏ DEYİL.

İranda dəvənin qiyməti qalxır
Sığorta ödənişləri kəskin şəkildə artacaq. Sığorta şirkətləri deyir ki, onsuz da yol qəzalarının çox olması onların ödəniş imkanlarını maksimum azaldıb.

Bundan başqa, belə bir narahatlıq var ki, təzminatların artması sürücülərin sığortadan imtina etməsinə səbəb ola bilər. Bu da qanpulu ödəyə bilməyən sürücülərin həbsi ilə nəticələnə bilər.

Bu məsələ ucbatından ölkənin formal cəhətdən müstəqil olan məhkəmə sistemi ilə prezident Mahmud Əhmədinejad (Mahmoud Ahmadinejad) hökuməti arasında münaqişə yaranıb. Hökumətdən tələb olunur ki, sığorta şirkətlərinə subsidiyalar ayrılsın. Prezident Əhmədinejad isə artımın əleyhinədir. O deyir ki, bu məsələni ali dini lider Xameneyi (Khamenei) qarşısında qaldıracaq.

Lakin bununla belə, yeni qərarı Yol Polisi və Təzminat İdarəsi rəğbətlə qarşılayıb.

Təzminat İdarəsinin rəhbəri Əsədulla Juleyi (Assidollah Joolaei) deyib ki, «insanın dəyəri çox böyükdür. Son bir neçə ildə buna əhəmiyyət verilməyib. Təzminat ödənişlərinin artması insanları daha ehtiyatlı olmağa sövq edəcək».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG