Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

İslam partiyası ilə bağlı istintaq yekunlaşıb


Mövsüm Səmədov
Mövsüm Səmədov
Həbsdə olan İslam Partiyasının lideri, sədr müavini və digər bir neçə üzvlə bağlı məhkəmə istintaqı yekunlaşıb. Amma eyni vaxtda həbs edilən partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadəyə yeni ittiham irəli sürülüb.

Vəkil Sadiq Bağırovun «Media forum» saytına verdiyi məlumata görə, təşkilat sədrinə Cimayət Məcəlləsinin 283.1-ci maddəsi ilə (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədilmə) ittiham irəli sürülüb.

Vəkilin deməsinə görə, istintaq yeni ittihamı Rufulla Axundzadənin İranın «Səhər» kanalındakı çıxışlarına görə qaldırıb. İstintaq hesab edir ki, onun televiziyada işlətdiyi ifadələr milli, irqi ayrı-seçkilik üçün əsasdır. Rufulla Axundzadə isə bildirir ki, o çıxışlarında ayrı-seçkilik salmaq deyil, hakimiyyətin diqqətini islam dini ilə bağlı problemlərə yönəltmək məqsədi güdüb.

Amma ittiham tərəfi hesab edir ki, Rufulla Axundzadə işlətdiyi ifadələrlə artıq ayrı-seçkilik salınıb və o, sosial ədavət salmaq niyyəti ilə belə çıxışlar edib.

Vəkillərin sözlərinə görə, o, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi vəsatətinin təmin olunmamasından yaxın günlərdə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərəcək.

1992-ci ildə yaradılmış Azərbaycan İslam Partiyasının dövlət qeydiyyatı 1995-ci ildə ləğv olunub. Bu ilin yanvarında partiya sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, partiyanın Astara təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun yaxın qohumları Firdovsi Məmmədrzayev, Dəyanət Səmədov ağır cinayətlərdə ittiham olunaraq həbs ediliblər.

Partiyanın Gəncə təşkilatının sədri Yusif Ələkbərov Cinayət Məcəlləsinin 217-ci (banditizm) və 214-cü (terrorçuluq) maddələri ilə axtarışdadır.

HƏMÇİNİN OXU:

Doktor Səmədov
Mövsüm Səmədovun həbsi
XS
SM
MD
LG