Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:36

Elmar Məmmədyarov Hillary Clintonla Qarabağı müzakirə edəcək


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sabah Vaşinqtonda ABŞ Dövlət Katibi Hillary Clintonla görüşəcək.

Bu barədə AzadlıqRadiosuna Dövlət Departamentindən xəbər veriblər.

Görüşdə ikitərəfli məsələlər və Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı yaranmış vəziyyət müzakirə olunacaq.

İyunun 3-də həmçinin Elmar Məmmədyarovun Vaşinqtondakı Atlantic Council araşdırma mərkəzində keçiriləcək tədbirdə çıxışı gözlənilir.

Tədbiri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda isə Atlantic Council-ın Avrasiya
Mərkəzinin rəhbəri Ross Wilson aparır.

Bu gün isə Elmar Məmmədyarov Vaşinqtonun bir sıra araşdırma mərkəzlərində görüşlər keçirir.
XS
SM
MD
LG