Keçid linkləri

2025, 27 Aprel, bazar, Bakı vaxtı 07:58

Korrupsiya jurnalistlərin qatillərinin tapılmasında əsas əngəldir


Əfqanıstan, 2010
Əfqanıstan, 2010
Bütün dünyada hüquq-mühafizə orqanlarında kök salmış korrupsiya jurnalistlərin qatillərinin tapılmasında əngələ çevrilib.

Bu haqda Jurnalistləri Müdafiə Komitəsinin yeni hesabatında məlumat verilir.

«2011-ci il üzrə Cəzasızlıq İndeksi» adlı hesabatda jurnalistlərin qətlə yetirildiyi və qatillərin azadlıqda olduğu ölkələr göstərilir.

Hesabatda deyilir ki, öldürülən jurnalistlərin əksəriyyəti yerli jurnalistlərdir. Onlar bir qayda olaraq ölümdən qabaq hədə-qorxu ilə üzləşirlər. Qurbanların 40 faizdən çoxu ölümdən əvvəl təhdid olunub.

Jurnalistlərin ən çox öldürüldüyü ölkə İraq, Somali, Filippin, Şri-Lanka və Kolumbiyadır.

Siyahıda Əfqanıstan, Nepal, Meksika, Rusiya, Pakistan, Banqladeş, Braziliya və Hindistanın da adı çəkilir.
XS
SM
MD
LG