Keçid linkləri

2026, 17 May, bazar, Bakı vaxtı 07:15

İranlı insan haqları fəalı atasının dəfnində keçinib

İranlı dissidentin qızı atasının dəfnindən sonra xəstəxanada keçinib.

İslam inqilabından sonra müxalifətə keçməli olan keçmiş deputat Ezatollah Sahabi 81 yaşında xəstəxanada insultdan ölüb.

Onun qızı Haleh Sahabi də qadın hüquqları uğrunda mübarizə apardığına görə, 2009-cu ildən həbsdəydi.

Onun atasının dəfn mərasimində iştirak etməsinə icazə verilibmiş.

Müxalifətin dediyinə görə, mərasim vaxtı təhlükəsizlik qüvvələrilə Haleh Sahabi arasında mübahisə düşüb və nəticədə o ürək tutmasından xəstəxanada keçinib.
This item is part of
XS
SM
MD
LG