Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 15:22

Blatterin yenidən FİFA-nın prezidenti seçiləcəyi gözlənilir

Bu günkü səsvermənin təxirə salınmasıyla bağlı çağırışlara baxmayaraq FİFA prezidenti Sepp Blatterin bu vəzifəyə yenidən seçiləcəyi gözlənilir.

Seçkinin təxirə salınmasını Britaniyanın Futbol Assosiasiyası təklif edir.

Assosiasiyanın prezidenti şahzadə Uilyam (William) hesab edir ki, belə bir şəraitdə ədalətli seçki ola bilməz.

Əgər nümayəndələrin 75 faizi təklifi dəstəkləsə seçki təxirə salına bilər.

75 yaşlı Blatte FİFA-ya 1998-ci ildən rəhbərlik edir.
This item is part of
XS
SM
MD
LG