Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Siqaretdən can qurtarmağın bir yolu da idman imiş (Foto və video)


Siqaret qadağasından kim narahatdır?
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00
Direct-ə keçid

Azərbaycanda ictimai yerlərdə siqareti qadağan edən layihəyə siqaretçəkənlər nə deyir?


Tütün bir ildə dünyada 6 milyon adam öldürür. Bunlar siqaret çəkənlərdir. Amma tütün hər il siqaret çəkməyənlər arasında da 600 min adam da öldürür. Bunlar isə passiv siqaret çəkənlər, yəni yanlarında siqaret çəkilən adamlardır.

Bu hesabatı verən Dünya Səhiyyə Təşkilatı hökumətləri tənqid edir ki, siqaret çəkənləri bu vərdişdən çəkindirmək, və ya kənardakı çəkməyən adamları qorumaq üçün hələ kifayət qədər tədbirlər görülmür.

Təşkilatın proqnozuna görə, 2030-cu ilə dünyada tütündən ölənlərin sayı bir ildə 8 milyona çatacaq.

(Dünya ölkələrində siqaretlə mübarizə kimi onun qutularının üzərinə vurulan şəkillərə burada baxa bilərsiniz)

Tütün həm də ailə büdcəsinə ziyandır. Xüsusilə kasıblar arasında.
İndoneziyada ən kasıb təbəqə gəlirinin 15 faizini siqaretə xərcləyir. Meksikada ən kasıb təbəqnin gəlirinin 11 faizi tüstüyə sovrulur.

"Reuters" agentliyi isə xəbər verir ki, yeni araşdırmaya görə, futbol, hokkey kimi kollektiv idman növü ilə məşğul olan yeniyetmələr öz yaşıdları ilə müqayisədə siqaretə və narkotiklərə daha az aludə olurlar.

Bəzi həqiqətlər isə on illər keçəndən sonra bəlli olur.

2003-ci ildəki araşdırmaya görə, yeniyetməni siqaret çəkməyə başlamağa ən çox sövq edən filmlərdir.

Bunu xeyli əvvəl bilən böyük tütün şirkətləri 1950-ci illərlə gizli olaraq kinoulduzlara böyük məbləğdə pul verirlərmiş ki, filmdə siqaret damaqlarından düşməsin.
XS
SM
MD
LG