Keçid linkləri

2026, 21 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 17:48

Suriyada ordu Tabliseh şəhərini bombardman edib

Suriya müxalifətinin məlumatına görə, hökumət qoşunları Homs vilayətindəki Tabliseh şəhərini artilleriya atəşinə tutublar.
Məscidlərin damında snayperlər yerləşdirilib.

Hökumət qoşunları bu şəhərdə və onun yaxınlığındakı Rastan şəhərində tankların, topların köməyi ilə etirazçılara qarşı əməliyyat keçirir.

Son iki gündə bu 2 şəhərdə 11 adam ölüb.
Hökumət isə 4 əsgərin öldürüldüyünü bildirir.

Mart ayından etirazlar başalayndan Suriyada 1000-dən çox etirazçı öldürülüb, 10000 adam həbs olunub.
This item is part of
XS
SM
MD
LG