Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:44

Nino Burcanadzenin ərinə qarşı cinayət işi açılıb


Gürcüstan hakimiyyəti müxalifət lideri Nino Burcanadzenin əri Badri Bitsadzeyə qarşı cinayət işi açıb.

Bitsadze keçən həftəki müxalifət etirazları zamanı yarımhərbi birləşmə yaratmaqda və polisə hücumun təşkilində ittiham olunur.

Prokurorluq bildirir ki, bununla belə Bitsadzenin məhkəmədən qabaq həbsə alınmasına ehtiyac görmür.

Prokurorluğun məlumatına görə, onun ittihamları audio və video materiallara və müxalifətçilərin dediklərinə əsaslanır.

Prokurorluq bildirir ki, həmin videomateriallara görə, keçən cümə axşamı müxalifətə məxsus olan maşınlar meydanı tərk edəndə bir polis işçisini və keçmiş zabiti vurub öldürdülər.
XS
SM
MD
LG