Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:18

NATO Əfqanıstandan üzr istədi


NATO Əfqanıstanın cənubunda hava hücumları zamanı mülki əhalinin ölməsi ilə bağlı üzr istəyib. NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin komandiri John Toolan Əfqanıstanda bildirib ki, alyans qüvvələri Helmand əyalətindəki istehkamları hədəfə alarkən onların yaraqlıların bazası olduğunu güman edib, orda isə mülki şəxslər olub.

Bəyanatda deyilir ki, əməliyyat zamanı 9 mülki şəxs ölüb. NATO bildirib ki, qurbanların ailələrinə dəymiş ziyan ödəniləcək.

Helmand əyalətinin rəhbərliyi bildirib ki, mayın 28-də hava hücumu zamanı 13 sakin ölüb, onlardan 12-si uşaq olub.
XS
SM
MD
LG