Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 17:46

ABŞ Rusiyada seksual azlıqlara qarşı davranışdan narahatdır


ABŞ Moskvada seksual azlıqların hüquqlarının pozulması ilə bağlı "narahatlığını" bildirib. Birləşmiş Ştatlar Rusiya hakimiyyətini öz vətəndaşlarına fundamental insan azadlıqları üçün təminat verməyə çağırıb.

Dövlət Departamentinin sözçüsü Mark Toner bəyanatında deyib ki, "homoseksualların hüquqlarını müdafiə edənlərin beynəlxalq dəstəyi də olan sakit nümayişi təhlükəsizlik qüvvələri dağıdılıb, həbs olunanlar var.

Bəyanatda deyilir ki, Rusiya təhlükəsizlik qüvvələri həmçinin mayın 28-dəki yürüşdə Amerika vətəndaşlarını da həbs edib. Bəyanat müəllifləri Rusiya hakimiyyətini çağırıblar ki, yerli bələdiyyə məmurları ilə birgə işləyib mühafizə yollarını tapsın.

Bəyanatda Rusiyanın ATƏT üzvü kimi fundamental azadlıqları müdafiə etmək öhdəliyi olduğu xatırladır.
XS
SM
MD
LG