Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:24

Mayın 31-də Milli Məclisin yaz sessiyası başa çatır


Milli Məclisin yeni binası
Milli Məclisin yeni binası
Bu barədə AzadlıqRadiosuna Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Yaz sessiyasının son iclasında gündəliyə İnzibati Xətalar, Mülki Prosessual, Cinayət, Cəzaların İcrası Məcəllələrinə dəyişiklik edilməsi ilə bağlı məsələlər daxildir.
Bundan başqa son iclasda “Yol Hərəkəti haqqında” qanun layihəsi barədə sənədə də baxılacağı gözlənilir.

Milli Məclisin daxili nizamnaməsinə görə, yaz sessiyası fevralın 1-dən mayın 31-dək davam edir. Amma parlamentin son iclasında spiker Oqtay Əsədov deyib ki, 78 deputatın müraciəti əsasında sessiyanın davam etdirilməsinə qərar verilib.

Oqtay Əsədov bunun qanunverilicilik məsələləri ilə bağlı bir sıra işlərin həll olunması zərurəti ilə bağlı olduğunu deyib.
XS
SM
MD
LG