Keçid linkləri

2026, 22 İyul, çərşənbə, Bakı vaxtı 15:42

“Gilavar”da yanğın olub

Mayın 30-u səhər saatlarında Bakının Nərimanov rayonu ərazisində yerləşən "Gilavar" restoranında yanğın baş verib. Restorandan AzadlıqRadiosuna verilən məlumata görə, yanğın binanın damında baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2 saylı çağırışla hadisə yerinə 8 yanğınsöndürən maşın cəlb olunub.
Artıq yanğın söndürülüb.

İlkin məlumatlara görə, hadisə zamanı xəsarət alan olmayıb.
This item is part of
XS
SM
MD
LG