Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:35

Türkmənistanla Əfqanıstan arasında dəmiryol xətti çəkiləcək


Türkmənistanla Əfqanıstan arasında dəmiryol xətti çəkiləcək.

Belə bir razılaşma Əfqanıstan prezidenti Həmid Kərzainin şənbə günü Aşqabada səfəri zamanı əldə olunub.

Bundan başqa səfər zamanı Türkmənistandan Əfqanıstana enerji daşıyıcıları verilməsi müzakirə olunub.

Təxminlərə görə, 2012-ci ilin sonunadək Türkmənistandan verilən elektrik enerjisi Əfqanıstanın təlabatının 70 faizini təmin edəcək.

Bundan başqa Türkmənistan-Əfqanıstan,Pakistan və Hindistanı birləşdirəcək qaz kəmərinin tikintisi müzakirə olunub.

Bu ideyanı Birləşmiş Ştatlar da dəstəkləyir.
XS
SM
MD
LG