Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:46

Hackerlər ABŞ-ın hərbi sənayesini hədəfə alırlar


F-35
F-35
Hərbi sənaye sahəsində dünyada ən çox sifariş alan şirkətlərdən biri, ABŞ-ın Lockheed Martin şirkətinin informasiya şəbəkəsi hacker hücumuna məruz qalıb.

Mütəxəssislər şirkətin sistemini və məlumat bazasını qorumaq üçün təcili tədbirlər görürlər.

Pentaqon hadisəylə bağlı istintaqa başlayıb.

Hücumun mənbəyi bəlli deyil.

Lockheed Martin şirkəti çox bahalı silahlar, xüsusilə də bir çox ölkələrin Hava qüvvələrində istifadə olunan F-16, F-22 və F-35 qırıcı təyyarələr istehsal edir.
XS
SM
MD
LG