Keçid linkləri

2026, 25 Oktyabr, bazar, Bakı vaxtı 22:44

Restoranda törədilmiş partlayışda azı 5 adam ölüb

Pakistanın Bacaur əyalətində törədilmilş partlayışda azı 5 nəfər ölüb, 10 adamsa yaralanıb.

Bu barədə yerli hökumətin nümayəndəsi İsrar Xan məlumat verib.

Partlayış Əfqanıstanla sərhəddə yerləşən şəhərlərdən birində baş verib.

Şəhər bazarındakı restorana bomba qoyulubmuş.

Bu şəhərdə əsasən Salarzai qəbiləsindən onlan sakinlər yaşayır.

Məlumatlara görə, qəbilənin 2 hökumətpərəst ağsaqqalı da ölənlər arasındadır.

Partlayışa görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.
This item is part of
XS
SM
MD
LG