Keçid linkləri

2026, 10 Avqust, bazar ertəsi, Bakı vaxtı 06:01

Mladiç Haaqa məhkəməsinə verilir

Bosniyadakı serb ordusunun keçmiş komandanı Ratko Mladiçin səhəti onun Haaqa tribunalına verilməsinə imkan verir.

Bunu Serbiyanın Səhiyyə Nazirliyi tibbi müayinənin nəticələrindən sonra bəyan edib.

Müayinə zamanə bəlli olub ki, Mladiç bir sıra xroniki xəstəliklərdən əziyyət çəksə də o məhkəmə prosesində iştirak edə bilər.

Belqrad məhkəmi bundan sonra onun Haaqa tribunalına verilməsi barədə qərar qəbul edib.

15 ildən çox idi ki, gizlənən Mladiç, cümə axşamı Serbiyada həbs edilib.

O Bosniya müharibəsi dövründə soyqırım törətməkdə, xüsusilə 95-ci ildə Serebrenitsa şəhərində 8 min müsəlman kişi və oğlanın kütləvi qətlində ittiham olunur.
This item is part of
XS
SM
MD
LG