Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 23:35

İlham Əliyev: «Korrupsiyaya qarşı mübarizə bəhrəsini verir»


İlham Əliyev
İlham Əliyev
«Azərbaycanda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparılır. Bu mübarizə gözəl nəticələrini verməkdədir».

Bunu prezident İlham Əliyev «Buta» sarayında 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbulda deyib.

Onun fikrincə, korrupsiya, rüşvətxorluğa qarşı mübarizə bəhrəsini verir:

«Addımlarımız xalq tərəfindən dəstəklənir. Bir daha bu kürsüdən bəyan etmək istəyirəm ki, biz bu yoldan dönməyəcəyik. Korrupsiya, rüşvətxorluğa, xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparacağıq. Xüsusilə, görəndə ki, bu mübarizə nəticə verir, bu, bizim gücümüzü daha da artırır və bizi daha da ruhlandırır».

Dövlət başçısı bəyan edib ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əlavə tədbirlər görüləcək:

«Özəl sektorun güclənməsi isə öz növbəsində, dövlət tərəfindən göstərilən dəstəyin hesabına mümkün olub. Dövlət kreditləri, güzəştli şərtlərlə verilən kreditlər, sahibkarlığa dövlət və Prezident tərəfindən göstərilən dəstək özəl sektorun möhkəmlənməsinə, güclənməsinə gətirib çıxarır. Biz o vəziyyətə gəlmişik ki, bu gün Azərbaycan şirkətləri başqa ölkələrin iqtisadiyyatına, infrastrukturuna milyardlarla dollar sərmayə qoyurlar. Beləliklə, bizim investisiya portfelimiz də çoxşaxəli olur. Bu, bizə əlavə olaraq həm siyasi, həm də iqtisadi mənfəət gətirəcək».

İlham Əliyev deyib ki, hazırda iqtisadi sahədə vacib məsələlərdən biri ərzaq təhlükəsizliyini təmin etməkdir:

«İqtisadi sahədə şaxələndirmə ilə yanaşı, idxalı əvəzləyən məhsulların buraxılması üçün dövlət tərəfindən əlavə tədbirlər görüləcək. Bu istiqamətdə böyük uğurlara nail ola bilmişik. Daha da fəal işləməliyik. Hazırda iqtisadi sahədə vacib məsələlərdən biri ərzaq təhlükəsizliyimizi təmin etməkdir. Bu istiqamətdə də böyük addımlar atılır, istehlak olunan ərzaq məhsullarının bir çoxu Azərbaycanda istehsal edilir. Halbuki, bir neçə il bundan əvvəl biz tam şəkildə idxaldan asılı idik. Bu gün nəinki özümüzü təmin edirik, eyni zamanda, ərzaq məhsullarımızı xarici bazarlara da ixrac edirik. Növbəti illərdə ərzaq təhlükəsizliyimizlə bağlı əlavə tədbirlərin görülməsi nəticəsində əminəm ki, Azərbaycan özünü əsas ərzaq məhsulları ilə yüz faiz təmin edəcək. Eyni zamanda, bu sahədə güclü ixrac imkanlarımız yaranacaq».

Prezident bildirib ki, sosial ədalət prinsipləri Azərbaycan hökuməti üçün həmişə əsas olub:

«Maaşlar, pensiyalar mütəmadi qaydada qaldırılır, sosial infrastrukturun yaradılması üçün böyük vəsait ayrılır. Son illərdə Azərbaycanda 2 mindən artıq məktəb, yüzlərlə tibb mərkəzi, 31 Olimpiya İdman Kompleksi, mədəniyyət ocaqları tikilib. Bir sözlə, sosial blok daim diqqət mərkəzindədir. Növbəti illərdə bu sahəyə daha da böyük vəsait qoyulacaqdır və buna ehtiyac var. Çünki biz istəyirik ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı sıfıra bərabər olsun. Mən bilirəm ki, hətta inkişaf etmiş ölkələrdə buna heç kim nail olmayıb. Amma biz qarşımıza hədəf qoymalıyıq. O hədəf böyük hədəf olmalıdır. Bəzi hallarda əlçatmaz hədəf kimi görünür, ancaq eyni zamanda, bizdən asılıdır ki, bu fikirləri, bu arzuları reallığa çevirək və istədiyimizə nail ola bilək». /ANS/

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG