Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:48

Radko Mladicin həbsindən sonrakı Serbiya ...


General Radko Mladic Sarayevo hava limanında. 06 avqust 1993
General Radko Mladic Sarayevo hava limanında. 06 avqust 1993
RFERL (Azadlıq Radiosu) yayım direktorunun Avropa ölkələri və Rusiya redaksiyaları üzrə müavini Nenad Pejic hərbi cinayətlərdə suçlanan Bosniyadakı keçmiş serb ordusunun komandanı Ratko Mladicin həbsini şərh edib:

Mladic mayın 26-da həbs olunub. O, 1992-95-ci illərdə Bosniya müharibəsi dövründə kütləvi qətllərdə ittiham edilir.

Nenad Pejic 1990-cı illərdə keçmiş Yuqoslaviyadakı münaqişələri işıqlandırıb.

MLADIC AVROPA BİRLİYİNƏ ÜZVLÜYƏ MANEƏ İMİŞ

Haaqa tribunalının baş ittihamçısı Serge Brammertz Belqrada bu ayın əvvəlində gələndə sərt bir mesaj vermişdi. O demişdi ki, Bosniya –Serbiya müharibəsində genosiddə günahlandırılan hərbi komandir general Ratko Mladicin həbsinin uzanmasına dözməyə bilərlər.

Ratko Mladicin Serbiyada olduğunu deyən Brammertz bildirmişdi ki, Mladicin yaxın zamanlarda həbsini gözləyir.

Brammertz əlavə eləmişdi ki, Miladic həbs olunub Haaqa tribunalına verilməyənədək Serbiyanın Avropa Birliyinə üzv olmaq üçün cəhdləri nəticəsiz qala bilər.

Bu çox sərt bəyanat idi və mən güman elədim ki, bu dəlillə Mladic uydurma ad altında harda gizlənir.

Bu minvalla Belqrad özünün alternativ yolunu aydın görməli oldu: Mladici tutub ekstradisiya edəcək, ya da Avropa Birliyinə üzv olmaq ambisiyasından əl çəkəcək.

O zaman jurnalist kimi çalışmış Nenad Pejic

Sonunda onlar düzgün seçim elədilər. Mladic Haaqa tribunalında törətdiyi cinayətlərə görə cavab verəcək. Və Serbiya prezidenti Boris Tadic indi bunun bir neçə faydasını gözləyir. Daha vacibi, ehtimal ki, Serbiya AB üzvlüyünə namizəd kimi bəyəniləcək. Brüssel artıq işarə verib ki, bu tezliklə baş verə bilər. Üstəlik, Beynəlxalq Valyuta Fondu və digər maliyyə institutları da indi Serbiyada cari maliyyə böhranına daha çox diqqət yetirəcək.

Mladicin həbsinin nəticəsində Serbiyanın Balkan regionundakı mövqeyinin daha da yaxşılaşmasını gözləmək olar. Bu isə regionda uzun sürən münaqişələrin sona çatmasına və tərəflərin barışmasına kömək edəcək.

SERBİYA REGİONDA LİDER OLA BİLƏR, ƏGƏR…

Serbiya prezidenti Boris Tadic ümid etdiyi kimi regionun lider ölkəsi olmaya da bilər, amma hər halda Serbiya həmişəkindən yaxşı olacaq:

Əgər o, miloşeviçsizləşdirmə siyasəti aparsa, yəni Miloşeviçin dövründən qalan nə varsa ondan imtina etməyə başlasa və media müharibədəki real cinayətlər barədə vicdanla məlumat verməyə qərar versə, onda Serbiya hətta regionda lider də ola bilərdi.

Mladcin həbsindən regionda yalnız serblərin lideri sayan Bosniyadakı «Srpska Respublika»nın rəhbəri Milorad Dodik özünü uduzmuş saya bilər.

Serbiya prezidenti Boris Tadic

BU HƏBSDƏN SERBİYA PREZİDENTİNİN QAZANCI NƏ OLACAQ?

Ölkə daxilində Tadic onun islahatlarının ləngiməsindən ümidləri alt-üst olmuş özünün Demokratik Partiyasının üzvlərinin və digərlərinin dəstəyini ala bilər. Prezidenti «cazibədar Ken gəlinciyi» adlandıran və onun zəifliyini ələ salıb gülənlər də bu ədəbsizliklərini azaltmaq məcburiyyətində qalacaqlar.

Tadic həqiqətən də dövlət xadiminin necə olduğunu nümayiş etdirdi. Əgər o, həm cazibəlidirsə və gözəl dövlət xadimidirsə, lap yaxşı.

SERBLƏRİN ƏKSƏRİYYƏTİ MLADİCİ ƏLƏ VERMƏZDİ

O, ehtimal ki, Serbiyada əleyhdarların nümayişləri ilə də üzləşəcək. İki həftə əvvəl keçirilən sorğu zamanı məlum olub ki, serblərin 70 faizi Mladicin harda gizləndiyini bilsəydi belə, polisə məlumat verməzdi.

Buna baxmayaraq, aydın deyil ki, adamların bu fikri onları etiraz əlaməti olaraq küçələrə çıxardacaq, ya yox. Ölkə müxalifəti də istənilən halda əhəmiyyətli küçə etirazları təşkil etməkdə bacarıqsız görünür.

Mətbuat konfransında Mladicin həbsini elan edəndə Tadic dedi ki, bu, «ölkəmizin və xalqımızın mənəvi ləyaqəti» haqqındadır. O, düz deyirdi. Mən çoxlu serblər tanıyıram ki, Mladicin əməllərindən utanırdı və onun həbsini gözləyirdi. İndi onlar rahat ola bilərlər.

Sayta hazırladı: Səadət Akifqızı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG