Mahir Qarayevin "Qanun" nəşriyyatında çap edilmiş “Poetik silsilələr toplusu” adlanan yeni kitabından...
DİBAÇƏ
Ən əzəl – sözdü...
Və derlər ən əzəl söz kimisən!
Heyrət ey büt!
Ey bütüm! Heyrət sənə! Heyrət sənə!
Sözdü derlər söz əzəldi...
Sən əzəl söz kimisən!
Bir sözüm yox,
nə deyim – İncilmi, ya Tövrat sənə?!
***
Hər neçə
söz vardı ki, kəlləmayallaq, tərsinə –
Dərs verib,
bir-bir çevirdim həpsini astarına!
Bu sirri
pünhan tutardım, bəs dedin rövşən qılım –
Mən də
qıydım sirrimi rövşənlərin aslanına!
Gər kəmənd atdım
səni bənd etmyə mən dərdmənd –
Bəndən oldum,
bənd olub döndüm sənin dustağına!
Bağlanıb
min-min nigari-ənbərinxət bəndinə –
Çevrildim
hər ləhzə yoxdan var sözün müştaqına!
Söz yükün batmandı, batman!
Duz yükündən yük tutub,
Ram olan
qəddimlə üz tutdum sənin duz dağına!
Hər sözün dastandı, dastan!
Dastanın sığmaz sənin –
Əttövbə
yüz Leylinin, yüz Məcnunun dastanına!
Göyə daş atmaq –
günahdır, göy üzü daş saxlamaz,
Günah eylər –
kəc baxıb, daş tullayan bostanına!
Yazmadı
Mahir bu mətni, bəs demə ustad imiş,
Yazdı ki –
mahir desinlər Mahirin ustadına!
BAŞLANĞIC
Əzəl sözdü...
yaranışdan varıydı –
İnciləcən, Tövratacan sözdü, söz!
Söz əzəldi...
əzəl başdan varıydı –
ta o vaxtdan bu vaxtacan sözdü, söz!
***
Əzəl gündən
Mən yaranan günəcən,
Birdən ona, ondan yüzə, minəcən
Çox yazılar yazılmışdı mənəcən –
Mən də yazdım yazılanın böyrünə...
Sözdü deyirlər ki, əzəl söz deyil,
Bu dünyanın ən əzəli sözdü, söz!
Kim o sözü dersə, gözəl söz deyil,
Gözəllərin ən gözəli sözdü, söz!
Ən pisini-yaxşısını götürdüm,
Yavanını-yağlısını götürdüm,
Əyrisini-doğrusunu götürdüm –
Baxdım, görüm doğru nədi, əyri nə?!
Əzəl sözdü –
Ta bizəcən varıydı,
Təbrizəcən, Bağdadacan sözdü, söz!
Məhəmməddən Ramizəcən varıydı,
Ta beşikdən tabutacan sözdü, söz!
Mən çevirdim astar üzdən üz üstə,
Çox sözləri şişə çəkdim köz üstə;
Söyün məni söylədiyim söz üstə,
Geyindirin kəfənimi əynimə!
Yox dedilər,
Füzulidən əl götür –
Qapaz boyda, Kəpəz boyda sözdü, söz!
Çox dedilər,
Rövşənə az dil yetir –
Nəfəs boyda, Qəfəs boyda sözdü, söz!
Söz demədim –
Söz deyilməz söz üstə,
Gəlib çökdüm önlərində diz üstə;
Bir cüt sözdü – öpüb qoydum göz üstə,
Bir cüt dağdı – dağ götürdüm çiynimə!
TAMAMİYİ-SÜXƏN
Səcdədir hər handa
bir büt görsəm ayinim mənim...
Mən ki eynən
bu sayaq şövqlə göyündən keçirəm –
En ki göydən,
sənə yetməz qanadım uçmaq ilən;
Hər neçə
yüksəyə uçsam, ətəyindən keçirəm –
Necə
xoşnuddu könül gər ayağın qucmaq ilən!
Heyrət, ey büt!
Sən idin, sən – gətirən vəcdə məni!
Kərəm et!
Bitməyə eşq – etməyə tərk səcdə məni!
Bütpərəstin...
Nədən imanı gərək mümkün ola?! –
Ya Məhəmməd!
Mədəd et, çəkmə üzü Həccə məni!
SONLUQ
Dağ dağa duman göndərər –
sevgi məktubu kimi...
Bir dumanlı yuxuydu bu –
yozdum, göndərdim sənə!
Bir sevgi məktubuydu bu –
pozdum, göndərdim sənə!
Nə yazdımsa, sənə yazdım –
çoxum budur, azım budur!
Bir yol yazdım, min yol pozdum –
yazım budur, pozum budur!
Yazdım, dönə-dönə yazdım,
az göründü, yenə yazdım;
Hər nə yazdım, sənə yazdım,
yazdım, göndərdim sənə!
Səcdədir mənim ayinim –
dinim-andım, andım-dinim;
Budur oxunan yasinim –
qılınan namazım budur!
DİBAÇƏ
Ən əzəl – sözdü...
Və derlər ən əzəl söz kimisən!
Heyrət ey büt!
Ey bütüm! Heyrət sənə! Heyrət sənə!
Sözdü derlər söz əzəldi...
Sən əzəl söz kimisən!
Bir sözüm yox,
nə deyim – İncilmi, ya Tövrat sənə?!
***
Hər neçə
söz vardı ki, kəlləmayallaq, tərsinə –
Dərs verib,
bir-bir çevirdim həpsini astarına!
Bu sirri
pünhan tutardım, bəs dedin rövşən qılım –
Mən də
qıydım sirrimi rövşənlərin aslanına!
Gər kəmənd atdım
səni bənd etmyə mən dərdmənd –
Bəndən oldum,
bənd olub döndüm sənin dustağına!
Bağlanıb
min-min nigari-ənbərinxət bəndinə –
Çevrildim
hər ləhzə yoxdan var sözün müştaqına!
Söz yükün batmandı, batman!
Duz yükündən yük tutub,
Ram olan
qəddimlə üz tutdum sənin duz dağına!
Hər sözün dastandı, dastan!
Dastanın sığmaz sənin –
Əttövbə
yüz Leylinin, yüz Məcnunun dastanına!
Göyə daş atmaq –
günahdır, göy üzü daş saxlamaz,
Günah eylər –
kəc baxıb, daş tullayan bostanına!
Yazmadı
Mahir bu mətni, bəs demə ustad imiş,
Yazdı ki –
mahir desinlər Mahirin ustadına!
BAŞLANĞIC
Əzəl sözdü...
yaranışdan varıydı –
İnciləcən, Tövratacan sözdü, söz!
Söz əzəldi...
əzəl başdan varıydı –
ta o vaxtdan bu vaxtacan sözdü, söz!
***
Əzəl gündən
Mən yaranan günəcən,
Birdən ona, ondan yüzə, minəcən
Çox yazılar yazılmışdı mənəcən –
Mən də yazdım yazılanın böyrünə...
Sözdü deyirlər ki, əzəl söz deyil,
Bu dünyanın ən əzəli sözdü, söz!
Kim o sözü dersə, gözəl söz deyil,
Gözəllərin ən gözəli sözdü, söz!
Ən pisini-yaxşısını götürdüm,
Yavanını-yağlısını götürdüm,
Əyrisini-doğrusunu götürdüm –
Baxdım, görüm doğru nədi, əyri nə?!
Əzəl sözdü –
Ta bizəcən varıydı,
Təbrizəcən, Bağdadacan sözdü, söz!
Məhəmməddən Ramizəcən varıydı,
Ta beşikdən tabutacan sözdü, söz!
Mən çevirdim astar üzdən üz üstə,
Çox sözləri şişə çəkdim köz üstə;
Söyün məni söylədiyim söz üstə,
Geyindirin kəfənimi əynimə!
Yox dedilər,
Füzulidən əl götür –
Qapaz boyda, Kəpəz boyda sözdü, söz!
Çox dedilər,
Rövşənə az dil yetir –
Nəfəs boyda, Qəfəs boyda sözdü, söz!
Söz demədim –
Söz deyilməz söz üstə,
Gəlib çökdüm önlərində diz üstə;
Bir cüt sözdü – öpüb qoydum göz üstə,
Bir cüt dağdı – dağ götürdüm çiynimə!
TAMAMİYİ-SÜXƏN
Səcdədir hər handa
bir büt görsəm ayinim mənim...
Mən ki eynən
bu sayaq şövqlə göyündən keçirəm –
En ki göydən,
sənə yetməz qanadım uçmaq ilən;
Hər neçə
yüksəyə uçsam, ətəyindən keçirəm –
Necə
xoşnuddu könül gər ayağın qucmaq ilən!
Heyrət, ey büt!
Sən idin, sən – gətirən vəcdə məni!
Kərəm et!
Bitməyə eşq – etməyə tərk səcdə məni!
Bütpərəstin...
Nədən imanı gərək mümkün ola?! –
Ya Məhəmməd!
Mədəd et, çəkmə üzü Həccə məni!
SONLUQ
Dağ dağa duman göndərər –
sevgi məktubu kimi...
Bir dumanlı yuxuydu bu –
yozdum, göndərdim sənə!
Bir sevgi məktubuydu bu –
pozdum, göndərdim sənə!
Nə yazdımsa, sənə yazdım –
çoxum budur, azım budur!
Bir yol yazdım, min yol pozdum –
yazım budur, pozum budur!
Yazdım, dönə-dönə yazdım,
az göründü, yenə yazdım;
Hər nə yazdım, sənə yazdım,
yazdım, göndərdim sənə!
Səcdədir mənim ayinim –
dinim-andım, andım-dinim;
Budur oxunan yasinim –
qılınan namazım budur!