Keçid linkləri

2026, 19 Avqust, çərşənbə, Bakı vaxtı 18:39

Ölkə naşirləri birləşir

Mədəniyyət və Turizm Nazirliyi yerli naşirlərin görüşünü keçirib.

Nazirliyin rəsmi saytında bildirilir ki, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçirilən görüşdə 60-a yaxın kitab istehsalçısı iştirak edib.

Naşirlər ölkədə kitab istehsalı və yayımı ilə bağlı mövcud problemləri müzakirə ediblər.

Nazir müavini Vaqif Əliyev bildirib ki, nəşriyyat işi sahəsində müvafiq islahatlar həyata keçiriləcək.

Kitab istehsalçıları qərara alıblar ki, problemlərin öhdəsindən gəlmək üçün ölkə naşirlərinin birliyini yaratsınlar.
This item is part of
XS
SM
MD
LG