Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:30

Fuad Ələsgərov: ««Siyasi məhbus» ifadəsi ilə bağlı vahid yanaşma qəbul olunmalıdır»


Fuad Ələsgərov
««Siyasi məhbus» ifadəsinin hamı tərəfindən qəbul olunan tərifinin olmaması bu ifadənin müxtəlif şərhlərinə gətirib çıxarır».

Bunu Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov ««Siyasi məhbus» anlayışının vahid tərifinin qəbul edilməsi zərurəti» mövzusunda keçirilən konfransdakı çıxışında deyib.

Onun fikrincə, problem ondan ibarətdir ki, «siyasi məhbus» ifadəsinin hamı tərəfindən tanınan tərifi mövcud deyil:

«Bu baxımdan «siyasi məhbus» anlayışının vahid tərifinin qəbul olunması üzrə seminar mühüm əhəmiyyətə malikdir. Problemin aradan qaldırılmasında Avropa təsisatlarının mühüm rolu var. Avropa təsisatlarında qəbul olunmuş standartlar nəinki bu regionda tətbiq olunur, başqa yerlərdə də bu standartlara istinad edilir».

F. Ələsgərov deyib ki, ümumi maraq doğuran məsələlərə dair vahid yanaşma qəbul olunmalıdır:

«Bu yanaşma insan hüquqlarının müdafiəsi ilə sıx bağlıdır. Ona görə də «siyasi məhbus» ifadəsi də həmin kontekstdə müəyyən olunmalıdır». /APA/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG