Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 11:24

Jurnalistin polisə qarşı iddiasına baxılacaq

Ramid İbrahimov
Ramid İbrahimov
«Bizim yol» qəzetinin əməkdaşı Ramid İbrahimov Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin təhqiqatçısı Fazil Mahmudova qarşı iddia qaldırıb.

Məhkəmənin hazırlıq iclası mayın 27-də keçiriləcək.

«Bizim yol» qəzetinin müxbiri 2011-ci il fevralın 12-də Prezident Administrasiyası qarşısında keçirilən aksiya ilə bağlı reportaj hazırlayarkən xüsusi dövlət mühafizə xidmətinin əməkdaşları tərəfindən döyülməsi faktının araşdırılması üçün Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə şikayət edib.

Lakin bölmədə onun şikayəti araşdırılmayıb.

Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılıb.

Jurnalist həmin qərardan şikayət verib.
This item is part of
XS
SM
MD
LG