Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Yəməndə silahlı toqquşmalar olduğu xəbər verilir


Cümə axşamına keçən gecə Yəmənin paytaxtı Sanada baş vermiş silahlı toqquşmada onlarla adam ölüb.

Məlumatlara görə şəhərin şimal rayonlarında hökumət qoşunlarıyla nüfuzlu qəbilə liderləri Sadiq al Ahmarın qüvvələri arasında döyüşlər gedir.

Müxalifət televiziyasının yerləşdiyi bina dağıdılıb.

Bazar ertəsindən bu yana gedən toqquşmalarda azı 64 adamın öldüyü xəbər verilir.

Bu ilin fevralından Yəməndə prezident Ali Abdullah Salehin istefası tələbilə etiraz aksiyaları keçirilir.

Prezident artıq bir neçə dəfədir ki, hakimiyyətin dinc yolla ötürülməsilə bağlı Fars körfəzi ölkələri şurasının hazırladığı planı imzalamaqdan imtina edib.

Son vaxtlar qarşıdurmanın silahlı toqquşmalara keçdiyi müşahidə olunur.
XS
SM
MD
LG