Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Mart, Cümə axşamı, Bakı vaxtı 22:32

Serbiya prezidenti Radko Mladiçin həbsini təsdiqləyib


Serbiya prezidenti Boris Tadiç hərbi cinayətlərdə ittiham olunan Bosniyadakı keçmiş serb ordusunun komandanı Ratko Mladiçin həbsini təsdiqləyib.

O bunu bu gün Belqradda keçirdiyi mətbuat konfransında bəyan edib və hazırda ekstradisiya prosesi getdiyini bildirib.

Radko Mladiç 1992-95-ci illərdə Bosniya müharibəsi dövründə kütləvi qətllərdə ittiham olunur.

Avropa Birliyi Serbiyayla üzvülük danışıqlarına başlamaq üçün onun həbsinin əsas tələblərdən biri olduğunu təkid edirdi.
XS
SM
MD
LG