Hərbi cinayətlərdə ittiham olunan Bosniyadakı keçmiş serb ordusunun komandanı Ratko Mladiçin həbsi barədə məlumatlar dolaşır.
Reuters agentliyinin məlumatına görə ailəsinin dostu məlumatı təsdiqləyib.
Bundan əvvəl müstəqil B-92 radiosu Mladiçə oxşayan Milorad Komadiç adlı bir şəxsin həbsi və ondan DNK testi götürülməsilə bağlı məlumat yaymışdı.
Radko Mladiç 1992-95-ci illərdə Bosniya müharibəsi dövründə kütləvi qətllərdə ittiham olunur.
Avropa Birliyi Serbiyayla üzvülük danışıqlarına başlamaq üçün onun həbsinin əsas tələblərdən biri olduğunu deyirdi.