Ötən gecə Tbilisidə müxalifətin mitinqi dağıdılan zaman 2 nəfər ölüb.
Gürcüstanın Daxili İşlər nazirliyinin sözçüsü Shota Utiashvili bildirib ki, ölənlərdən biri polis əməkdaşıdır. Polisi müxalifətçiləri daşıyan maşınlardan birinin vurduğu deyilir. 54 yaşlı bir nəfəri də maşın karvanı vurub, öldürüb.
Mitinqin dayandırılması ilə bağlı hökumətin verdiyi vaxt dünən gecə saat 12-də başa çatan kimi xüsusi təyinatlı polislər və qara maskalılar aksiyaçıları dağıtmağa başlayıblar. Rrezin güllələrdən, göz yaşadıcı qazdan və su şırnaqlarından istifadə olunub.
Daxili İşlər nazirliyi bildirib ki, dünən 37 nəfər xəsarət alıb. Onların 28-i etirazçı, 8-i polis və biri jurnalistdir.
Müxalifət və hüquq müdafiə qrupları polisi həddən artıq böyük gücdən istifadə etməkdə günahlandırıb. Müxalifət onlarla etirazçının həbs edildiyini bildirib.
Etirazçılar 43 yaşlı qərb yönlü prezident Mixail Saakashvilini 2003-cü il inqilabından bəri hakimiyyəti inhisarlaşdırmaqda günahlandırır, onun istefasını tələb edirlər.