Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:24

NATO Tripoliyə zərbələr endirməkdə davam edir


NATO qüvvələri mayın 25-dən 26-na keçən gecə Liviya paytaxtı Tripoliyə havadan zərbələr endirib. Liviyanın dövlət televiziyası Al-Jamahiriya bildirib ki, texniki peşə məktəbi də hədəflərdən biri olub.

Hücumların “insan və maddi itkilərə” səbəb olduğu deyilsə də, detallar barədə məlumat verilməyib.

Artıq üçüncü gündür ardıcıl olaraq NATO Tripolini hədəfə alıb.

Bu hücumlardan əvvəl dünən ABŞ prezidenti Barack Obama Liviya lideri Muammar Qaddafini xəbərdarlıq edib ki, təzyiqlər dayandırılmayacaq.
XS
SM
MD
LG