Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Obama İsraillə Fələstini güzəştə getməyə çağırıb


ABŞ prezidenti Barack Obama sülh danışıqlarını bərpa etmək üçün İsraillə Fələstini ciddi güzəştlərə getməyə çağırıb.

Obama Londonda Britaniyanın baş naziri David Cameronla görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında bildirib ki, hər iki tərəf ağrılı güzəştə getməlidir.

İsrailin baş naziri Benjamin Netanyahu ötən həftə 1967-ci il sərhədləri çərçivəsində sülhə getməklə bağlı Barack Obamanın təklifini rədd edib.

Fələstin prezidenti Mahmud Abbas Netanyahunun çıxışını pisləyib və bildirib ki,əgər sülh danışıqları sentyabradək bərpa olunmasa fələstinlilər BMT-də tanınmağa çalışacaqlar.
XS
SM
MD
LG