Keçid linkləri

2026, 15 Oktyabr, cümə axşamı, Bakı vaxtı 18:44

ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağla bağlı bəyanat verəcəklər

Rusiya, ABŞ və Fransa prezidentləri Böyük 8-lər ölkələrinin Dovildə keçiriləcək sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış edəcəklər.

İTAR-TASS agentliyinin məlumatına görə, bu barədə Rusiya prezidentinin köməkçisi Sergey Prixodko bildirib.

O sabah Fransanın Dovil şəhərində keçiriləcək sammitinin gündəliyinə Dağlıq Qarabağ məsələsinin də salındığını və hazırda münaqişə ilə bağlı üçtərəfli bəyanat hazırlandığını deyib.
This item is part of
XS
SM
MD
LG