Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:20

Barak Obama Britaniya parlamentində çıxış edəcək


ABŞ Prezidenti Barak Obama və Britaniyalı Baş nazir Devid Kameron bu gün Londonda görüşəcəklər. Onlar görüşdə Liviya lideri Muammar Qaddafiyə istefaya getməsindən ötrü təzyiq göstərmək üçün birgə səylərin vacibliyini vurğulayacaqlar.

Obamanın parlamentdə çıxışı gözlənir. O, nitqində Avropa səfərinin məqsədlərindən danışaq və vurğulayacaq ki, ABŞ və Avropa qlobal təhlükəsizliyin müdafiəsində birgə rol oynamalıdır.

Barak Obamanın Londonda mətbuat konfransı da keçirəcəyi nəzərdə tutulub.

Mayın 23-də Barak Obamanın Avropaya rəsmi səfəri başlayıb, Londondan o, Parisə gedəcək və Boyük Səkkizliyin liderləri ilə görüşəcək, ordan isə Polşaya gedəcək. Bununla da Barak Obama Avropa turnesini başa çatdıracaq.
XS
SM
MD
LG