Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 13:54

Saakaşvili istefa verəcəkmi?


Fərhad Mehdiyev
Politoloqlar Fərhad Mehdiyev və Xaləddin İbrahimli Gürcüstanda baş verən hadisələri müzakirə edirlər. Gürcüstanda yaşayan azərbaycanlıların məsələyə münasibətini «Borçalı» cəmiyyətinin sədri Zəlimxan Məmmədli açıqlayır.

Fərhad Mehdiyev:

«Gürcüstanda ilk dəfə deyil ki, bunları görürük. 2007-ci ildə, 2009-cu ildə də bu aksiyalar var idi. Hətta 2009-cu ildə gürcü müxalifəti 2 aya yaxın aksiya keçirdi. Özlərini qəfəslərin içinə salmışdılar. 2 ay sonra bu tədbirlər dağıdıldı. Bu dəfə də böyük ehtimalla onun kimi bir şey olacaq. Bu aksiyalar bir müddət davam edəcək. Mixail Saakaşvilinin prezidentlik müddəti 2012-ci ildə başa çatır. İndiki istefa tələblərini mən çox yersiz görürəm».

Xaləddin İbrahimli:

«Son günlər baş verən hadisələr əvvəlki hadisələrə nisbətən hələ ki, çox zəifdir. Ötən il mayın 25-də 60 min insan küçələrə çıxmışdı və heç bir nəticəsi olmadı. Amma indi 2 min, 10 min, bəzən şişirdərək 20 min insanın mitinqə çıxdığını deyirlər. Bu, Gürcüstanda hakimiyyətin dəyişməsini təmin etmək üçün yetərli deyil. Rəsmilər olduqca arxayın danışırlar, Saakaşvilinin özü heç nə baş verməmiş kimi xaricdə səfərdədir. O nöqteyi-nəzərdən hadisələr hələ ki, nəyinsə dəyişəcəyi haqda heç nə demir.
Xaləddin İbrahimli

Ola bilsin, «Qəzəb Günü» elan etdikləri mayın 25-də küçələrə daha çox insan çıxsın və hansısa dəyişmələrə nail olmaq mümkün olsun. Bunu hələ söyləmək çətindir».

Zəlimxan Məmmədli:

«Gürcüstanda baş verən hadisələr ərəb dünyasında baş verən hadisələrin fonunda yeni bir inqilab ovqatı yaradır. Hətta bunu arzulayanlar da var. Amma bir az soyuq başla baxsaq, Gürcüstan 53 günlük mitinqlər seriyası ilə postsovet məkanında dirəniş göstərib. Bu, demokratiyanın oturuşması üçün mühüm bir mərhələ oldu. İndi baş verənlərə baxsaq, bunu Gürcüstanda demokratiyanın təzahürü kimi dəyərləndirmək olar. Gürcüstanda bunlara çox soyuqqanlı yanaşırlar. Sadəcə, Gürcüstan cəmiyyətinin vərdiş etdiyi bir proses gedir...».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG