Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:05

Kraliçası İİ Elizabeth Obamaları qarşılayıb


ABŞ prezidenti Barak Obama və xanımı Michelle Buckingham sarayında rəsmi qəbul olunublar. Onları Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası İkinci Elizabeth qarşılayıb.

Barak Obama və xanımı Michelle vaxtından əvvəl Londona gəliblər. Onlar İslandiyada püskürən vulkanın yarada biləcəyi maneələrdən ehtiyatlanıblar.

ABŞ prezidenti Britaniyaya bu gün, mayın 24-də gəlməli idi. Amma proqnozlara görə vulkanın püskürməsi nəticəsində kül Britaniya hava məkanına daxil ola bilər ki, bu da
təyyarə uçuşlarına maneə yarada bilərdi.

Mayın 23-dən Barak Obama Avropa turnesinə başlayıb. O, əvvəlcə İrlandiyaya gəlib. Britaniyada iki gün kral sarayında qalacaq, sonra isə Fransaya uçub Böyük Səkkizliyin sammitində iştirak edəcək. Onun səfəri Polşada başa çatacaq.
XS
SM
MD
LG