Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:36

Pamukun romanına film çəkiləcək


Nobel mükafatlı türk yazıçısı Orxan Pamukun romanlarından biri əsasında film çəkiləcək.

Bu məlumatı Pamukun özü bu günlərdə Bolqarıstanda səfərdə olarkən açıqlayıb.

Bolqarıstan universitetlərindən birinin fəxri doktoru adına layiq görülən Pamuk auditoriya qarşısında etdiyi çıxışında türk filmlərinin Bolqarıstanda çox populyar olduğunu, özü film seyr etməyə vaxt tapmasa da, romanlarının biri əsasında televiziya filmi çəkiləcəyini söyləyib.

O artıq bununla bağlı anlaşmanı imzalamaq ərəfəsində olduğunu bildirib.

Amma Pamuk hansı romanından söhbət getdiyini açıqlamayıb.

Türk mətbuatı filmin ya "Cövdət bəy və oğulları", ya da "Qar" romanı əsasında çəkilə biləcəyini iddia edir. Daha çox birincinin adı hallanır.

"Cövdət bəy və oğulları" - bir zəngin türk ailəsinin 3 nəsil boyu həyatından bəhs edir.

Pamuk bu romanla türk tarixinin 20-ci əsrdəki ən ziddiyyətli dövrlərini diqqət mərkəzinə gətirir, türk cəmiyyətinin qərbləşmə çabalarınından bəhs edir.

Daha öncə Pamuk müsahibələrinin birində bildirmişdi ki, əsərlərinə film çəkilməsi məsələsində çox şıltaqdır və özünün əvvəldən axıra kimi prosesin iştirakçısı olmasını istəyir, buna görə də romanlarına film çəkilməsi ilə bağlı gələn təkliflərin çoxundan imtina edir.

1991-ci ildə Pamukun ssenarisi əsasında "Gizli üz" adlı film çəkilib. Pamuk ssenarini "Qara kitab" romanının bir bölümünə əsaslanaraq yazıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG