Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Yəməndə müxalifətə keçən tayfalarla təhlükəsizlik qüvvələri toqquşub


Yəmənin prezidenti Ali Abdullah Saleh
Yəmənin prezidenti Ali Abdullah Saleh

Mayın 23-də Yəmənin paytaxtı Sanaa şəhərində təhlükəslzik qüvvələri və ölkənin ən güclü tayfalarından Hashidilər arasında ağır toqquşma olub. Toqquşmada avtomat səsləri və qumbara partlayışları eşidilib. Biz neçə nəfər xəsarət alıb.

Hashid tayfası 33 ildir ölkəyə rəhbərlik edən Ali Abdullah Salehin istefasını tələb edən müxalifətə qoşulub. Saleh özü də bu tayfaya aiddir.

Toqquşmalar Salehin Körfəz Əməkdaşlıq Şurasının vasitəçiliyi ilə hazırlanan hakişiyyətin təhvil verilməsi ilə bağlı sənədi imzalanmaqdan imtina etməsindən sonra başlanıb.

Sənədə görə, Saleh istefa verib, hakimiyyəti iqtidarla-müxalifətin birgə yaradacağı keçid hökumətinə təhvil verməliydi.

İlin əvvəlində ölkədə istefa tələbiylə etirazlar başlanandan azı 170 nəfər həlak olub. Avropa Birliyi və ABŞ Saleh rejimini zorakılığa görə pisləyib.

Həmçinin bax:
Ali Abdullah Saleh istefaya getməsi ilə bağlı sənədi bazar günü imzalanmasına lap az qalmış bundan imtina edib. Əgər o, 30 gün ərzində istefaya getməyə razılaşsa, toxunulmazlığını saxlamış olacaqdı.

Yəmənin dövlət televiziyası məlumat verib ki, Ali Abdullah Saleh yalnız müxalifətin iştirakı ilə sənədi imzalayardı.

Artıq üçüncü dəfədir ki, Saleh istefa verməsi ilə nəticələnəcək sənədi imzalamaqdan imtina edib.

Ali Abdullah Saleh 32 ildir ki, hakimiyyətdədir.
XS
SM
MD
LG